Əli İnsanov: “Müxalif partiyaları səsləyirəm ki, İlham Əliyevə dəstək olaq”




Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirinə bir neçə siyasi partiya liderləri dəvət olunub. 
Onların arasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiya başqanı Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov və Azərbaycan Demokrat Partiyasıın sədri Sərdar Cəlaloğlu yer alıb.
Keçmiş Səhiyyə Naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov deyib ki, müxalif partiyalarla müttəfiqliyinə davam edəcəklər.
AĞ Partiya başqanı Tural Abbaslı bu cür tədbirlərin Azərbaycan siyasətində demokratikləşməyə və rəqabət mühitinin yaranmağına səbəb olacağına inanır. Tural Abbaslı yeni qəbul olunan “Partiyalar haqqında qanun”la bağlı da fikir bildirib.
Meydan TV
Tarix: 21-11-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti