NATO Parlament Assambleyası Rusiyanı terrorçu ölkə kimi tanıdı - FOTO

NATO Parlament Assambleyası Rusiyanı terrorçu ölkə kimi tanıdı - FOTO
"NATO PA həmçinin hərbi cinayətkarlar üçün xüsusi  Beynəlxalq tribunal yaradılmasına çağırış edib..."
 

"Qəbul edilən qətnamədə Ukraynaya zərurət olanadək dəstək verilməsi prinsipi təsbit edilib..."
 
Şimali Atlantika alyansının Parlament Assambleyası Ukraynanın təklifi ilə Rusiya Federasiyasını terrorçu ölkə kimi tanıyıb və hərbi cinayətkarlar üçün xüsusi Beynəlxalq tribunal yaradılmasına çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə özünün "Facebook" səhifəsində Ukraynanın NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin sədri, "Xalqın xidmətçisi" fraksiyasından olan xalq deputatı Yeqor Çernyov məlumat verib.
 

Onun sözlərinə görə, müvafiq qətnamə NATO üzvü olan bütün ölkələrin hökumətləri və parlamentlərinə göndəriləcək.
 
"Belə trbunal təkcə bilavasitə hərbi cinayətlərin icraçılarını deyil, həm də Rusiya Federasiyasının ali rəhbərliyini mühakimə etməyə imkan verəcək", - Çernyov qeyd edib.
 

 
Ukrayna nümayəndəsinin sözlərinə görə, NATO-nun bütün 30 ölkəsi Ukrayna nümayəndə heyətinin təkliflərini dəstəkləyib.
 
Bundan başqa, NATO PA Ukraynaya silah tədarükünü artırmaq, Ukraynanın NATO-ya daxil edilməsi planını işləyib hazırlamaq və Rusiyadan Ukraynanın xeyrinə kompensasiyaların ödənilməsi mexanizmini yaratmaq barədə qərar qəbul edib.
 
Çernyovun sözlərinə görə, qəbul edilən qətnamədə Ukraynaya zərurət olanadək dəstək verilməsi prinsipi təsbit edilib.
 

 
Xəbər verildiyi kimi, avqustun 11-də Latviya seymi Rusiyanı terrorçuluğu dəstəkləyən dövlət kimi tanıyıb. Bununla bağlı Aİ Moskvaya qarşı sanksiyaları, o cümlədən Rusiya və Belarus vətəndaşlarına vizaların verilməsini sərtləşdirməyə çağırış edib.
 
Sentyabrın 15-də Amerika senatorları Rusiyanı Çeçenistanda, Gürcüstanda, Suriyada və Ukraynada cinayətlərinə görə terrorçuluğun sponsoru olan dövlət kimi tanınması barədə qətnaməni dəstəkləyib. 
 
Öz növbəsində Rusiya XİN Rusiyanın "terrorçuluğun sponsoru olan ölkə" kimi tanınacağı halda ABŞ ilə diplomatik münasibətlərin kəsilməsi ilə təhdid edib.
 
Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası qətnamə qəbul edərək, Rusiya rejimini terrorçu elan edərək, belə qərar qəbul edən ilk beynəlxalq təşkilat olub.
 
Noyabrda Çexiya deputatları Rusiyanın siyasi rejimini terrorçu kimi tanıyıb.
Tarix: 22-11-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti