Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
“Ermənistanın Baş naziri (Nikol Paşinyan - red.) dar tərkibdə çıxış edərək KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib”.
“Report” "Rossiya-1" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.
Tarix: 24-11-2022, 07:36