Bəyanatı imzalamamaqla İrəvan KTMT-dən çıxır?
Ermənistan təbii ki, hər şeyin razılaşdırılmamasına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacaq.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov KTMT-nin İrəvanda keçirilən sammitində Nikol Paşinyanın yekun bəyannaməni imzalamaması barədə danışarkən deyib.
Qeyd edək ki, 23 noyabrda KTMT KTŞ-nın İrəvanda keçirilən toplantısında Nikol Paşinyan “KTMT KTŞ-nın bəyanatı” və “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. Paşinyan bildirib ki, sənədlər kifayət qədər işlənməyib və bu formada onları imzalamağa hazır deyil.
Tarix: 24-11-2022, 07:51