Qriqoryan: “Putin İrəvandan narazı getdi, problem olacaq”


 
“Doğru olan odur ki, sənəd əvvəlcədə diplomatik kanallarla müzakirə edilməli, razılaşdırılmalı, yalnız ondan sonra KTMT-nin sammitinə çıxarılmalı idi”.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan erməni professor Arman Qriqoryan KTMT KTŞ-in bəyannaməsini Ermənistanın imzalamaması haqda danışarkən deyib.
“Əgər imzalanmayacaqdısa, bu, sammitin gündəliyinə salınmamalı idi. Paşinyanın sənədi imzalamaması Rusiya Prezidenti Putini çox çətin vəziyyətə saldı. Belarus Prezidenti Aleksandr Lukaşeno da bu qərardan qəti razı qalmadı. Əlbəttə, Lukaşenkonun narazılığından xüsusi narahatlığa ehtiyac yoxdur, ancaq Putinin narazılığından narahat olmaq lazımdır.
Mən Ermənistanın KTMT-dən ummağa haqqı olduğu barədə fikirləri bölüşürəm, ancaq bu formatda, bu cür yanaşmanı qəti qəbul etmirəm. Əgər sən düşmənə, partnyora və yaxud müttəfiqə qarşı demarş edirsənsə, bunun nəticələrini düşünməlisən: vəziyyətdən çıxa bilərsənmi və bunun alternativi varmı?!” – o bildirib.
Tarix: 26-11-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti