Azərbaycanda REFERENDUM GÖZLƏNTİSİ... - Bu niyə QAÇILMAZDIR?
Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində dövlətdir (Konstitusiyanın 134-cü maddəsinin birinci bəndi). Onun muxtariyyət statusunun ləğvi Konstitusiya dəyişikliyi ilə mümkündür. Konstitusiya dəyişikliyi isə referendum predmetidir. Referendum qaçılmazdır, sadəcə Azərbaycan-Ermənistan gündəliyindəki qarışıqlıqlar referendum keçirilməsini təxirə salır. Referendum olacaq. Naxçıvanın muxtar statusu ləğv ediləcək. Referenduma icra hakimiyyəti başçısı vəzifəsinin ləğvi məsələsi də çıxarıla bilər. Üçüncü isə sərhəd dəyişikliyidir ki, bu da referendum predmetidir. Azərbaycan Ermənistanla sərhədlərini delimitasiya və demarkasiya etdikdən sonra bu mövzu da referendumun mərkəzində yer tutacaq. Dördüncü isə Azərbaycan Milli Məclisində deputat yerlərinin sayının artırılmasıdır. Bu məsələ də gələcək referendum üçün müəyyən edilən təkliflərdən biri olacaq. Aqşin Kərimov - DİA.AZ