Fransa Milli Assambleyası da Azərbaycana qarşı qətnamə qəbul edib
Fransa Parlamentinin aşağı palatası – Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb.Bir maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar.
Paralel olaraq Fransa hökumətindən “Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədi ilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsi üçün səyləri artırmaq” tələb olunur.
“Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsinin zəruri olduğu” vurğulanır.
Cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq cinayət məhkəməsinə müraciət etməsi təklif olunur.
Fransa hökumətindən “Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq” tələb olunur.
Layihə müəllifləri Fransa hökumətini “Ermənistana humanitar yardımı artırmağa”, həmçinin “erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə” çağırıblar.
Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.
Qeyd edək ki, bir müddət əvvəl Fransa Senatı da eyni addımı ataraq, Azərbaycana qarşı bədnam qətnamə layihəsi qəbul edib.Pressklub
Tarix: 1-12-2022, 08:27