Zelenskiyə Qərbin dəstəyi azalır
Münaqişənin uzanması Vladimir Zelenskinin mövqeyini çətinləşdirir, onun Qərbdəki dəstəyi azalmağa başlayır.
Siam.az axar.az-a istinadən bildirir ki, bu barədə "Rebelion" nəşri analiz yayıb.
"ABŞ və Böyük Britaniya da daxil olmaqla, digər ölkələr hələ də münaqişəni sona çatdıra biləcək istənilən danışıqlara mane olmağa davam edir. Baxmayaraq ki, onların Zelenskiyə qeyd-şərtsiz dəstəyi azalmağa başlayır", - məqalədə bildirilib.
Qeyd edilib ki, AB-nin Vaşinqtondan iqtisadi, enerji və hərbi asılılığının artmasından yalnız ABŞ faydalanır:
"Hazırkı böhran həlldən çox uzaqdır və Ukrayna üçün statusdan danışmaq çox gecdir. Bu ölkə NATO-ya qəbul edilə bilməz. Moskvanın maraqlarını təmin etmək üçün Rusiyanın tərkibinə daxil olan ərazilər müzakirədən çıxarılmalıdır".
Tarix: 5-12-2022, 10:02