Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında icra hakimiyyətinin “Heydər Əliyev İli” çərçivəsində hazırladığı Tədbirlər Planı müzakirə olunub



Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin 
“Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 
28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər 
Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.
 

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Tərtər rayon təşkilatının, rayon 
Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət və digər aidiyyəti qurumların 
rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq 
bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, 
görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” 
elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci 
il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti 
tərəfindən 05 dekabr 2022-ci il tarixdə tədbirlər planı hazırlanmışdır. 

Tədbirlər Planında Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, zəngin həyat 
təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlər – Heydər Əliyev 
irsinin daha əhatəli öyrənilməsi üçün tədbirlərin keçirilməsi,Heydər Əliyev mərkəzinə 
ekskursiyaların təşkili, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən mühazirələrin 
və müxtəlif videoroliklərin hazırlanması, ziyalıların ümumtəhsil məktəblərində 
çıxışlarının təşkil edilməsi, idman yarışlarının, inşa və rəsm müsabiqələrinin, eləcə də 
ağacəkmə aksiyalarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Daha sonra Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, 
Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Təhsil Sektorunun müdiri Oktay 
Sarıkişiyev, Yeni Tərtər qəzetinin baş redaktoru Svetlana Bağırova və başqaları çıxış 
edərək öz təkliflərini irəli sürüblər.

Yekunda icra başçısı “Heydər Əliyev İli” ilə əlaqədar icra hakimiyyətində hazırlanmış 
tədbirlər planına görüşdə irəli sürülmüş təkliflərin də əlavə ediləcəyini və Tədbirlər 
Planının təsdiqləndikdən sonra yekun variantının aidiyyəti qurumlara göndəriləcəyini 
bildirib.
Tarix: 9-12-2022, 22:40
Xəbəri paylaş





Xəbər lenti