ABŞ-ın yeni müdafiə büdcəsi layihəsinə görə Rusiya “G20”də olmayacaq
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üçün nəzərdə tutulan büdcə layihəsində bir sıra siyasi məsələlər də yer alıb.
Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, rəsmi Vaşinqton Rusiyanın bir sıra beynəlxalq təşkilatlara, o cümlədən “İyirmiliklər Qrupu”na (G20) üzvlüyünə maneələr yaratmağı planlaşdırır.
“Sənəddə Rusiya nümayəndələrinin G20, Bank Nəzarəti üzrə Bazel Komitəsi, Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası və Qiymətli Kağızlar üzrə Beynəlxalq Təşkilatının işindən kənarlaşdırılması, həmçinin bu siyasəti təşviq etmək üçün lazımi addımlar atılmalı olduğu qeyd olunub”, - deyə xəbərdə bildirilir.
Tarix: 10-12-2022, 07:31