Pasportu ən “güclü” olan ölkələr açıqlandı: Azərbaycan neçənci yerdədir? – SİYAHI
Qlobal vətəndaşlıq şirkəti “Arton Capital” dünya ölkələrininin yeni “Passport Index” sıralamasını açıqlayıb.Siam.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat dərc edilib.
“Passport Index” sıralamasında ölkələrin vətəndaşlarının vizasız və sərhəddə viza yolu ilə daha çox ölkəyə səyahət etmələri üzrə reytinqi göstərilib.
Siyahıya əsasən Azərbaycan vətəndaşları 34-ü pulsuz və 46-sı sərhəddə viza almaq yolu ilə 80 ölkəyə səyahət edə bilərlər. Bu göstərici ilə Azərbaycan siyahıda Nambiya və Tunis ilə bərabər 62-ci yerdə qərarlaşıb.
Siyahının 38-ci pilləsində Rusiya və Türkiyə yer alıb. Bu ölkələrin vətəndaşları 123 ölkəyə eyni qaydada səyatət edə bilərlər. Gürcüstan siyahının 36-cı (125 ölkə), Ermənistan 64-cü (78 ölkə), İran isə 90-cı pilləsində (51 ölkə) mövqe tutub.
Region ölkələrinin reytinq sıralaması isə (pulsuz və sərhəddə viza ilə səyahət) aşağıdakı kimi olub:
20. Ukrayna – 146 ölkə
36. Gürcüstan – 125 ölkə
38. Türkiyə – 123 ölkə
38. Rusiya – 123 ölkə
40. Moldova – 121 ölkə
55. Belarus – 90 ölkə
56. Qazaxıstan – 88 ölkə
62. Azərbaycan – 80 ölkə
64. Ermənistan – 78 ölkə
69. Özbəkistan – 72 ölkə
69. Qırğızıstan – 72 ölkə
72. Tacikistan – 69 ölkə
78. Türkmənistan – 63 ölkə
90. İran – 51 ölkə
Vətəndaşları pulsuz və sərhəddə viza ilə yolu ilə 180 ölkəyə səyahət edə bilən Birləşmiş Ərəb Əmirlikləri siyahıya liderlik edib.
Sözügedən siyahıda son beş yerdə isə bu ölkələr qərarlaşıb:
93. Yəmən – 45 ölkə
94. Somali və Pakistan – 44 ölkə
95. İraq – 40 ölkə
96. Suriya – 39 ölkə
97. Əfqanıstan – 38 ölkə
Yeniavaz.com
Tarix: 10-12-2022, 08:08