Boris Conson və Vladimir Putin
"Ukraynada müharibə ancaq Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti ilə başa çata bilər".
Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "The Wall Street Journal" üçün köşə yazısında qeyd edib ki, Rusiya qoşunları fevralın 24-dək qüvvədə olan faktiki sərhədlərə geri çəkilməlidir.
“Nə Volodimir Zelenski, nə də Ukrayna xalqı dözdükləri vəhşilikdən sonra fərqli nəticə ilə barışa bilməzlər. Hətta Putin təklif etsə də, ona güvənmək mümkün olsa belə, sülh üçün torpaq sazişi ola bilməz, bunu onunla etmək mümkün deyil”, - britaniyalı siyasətçi qeyd edir.
Onun sözlərinə görə, müharibə yalnız bir yolla bitə bilər və yeganə sual onun nə qədər tez baş verəcəyidir: "Putinin macərasına pərdənin mümkün qədər tez düşməsi hamının, o cümlədən Rusiyanın maraqlarına uyğundur. 2025-ci ildə yox, 2024-cü ildə yox, 2023-cü ildə bu baş verməlidir", - Conson yazır.
O vurğulayıb ki, ukraynalılar raketlər və dronlarla terrora məruz qalır və dünya sadəcə seyr etməkdə davam etməməlidir: “Hələ dinc əhalinin davamlı olaraq qadınları, uşaqlarğı, qocaları, xəstələri nəzə almadan qətlə yetirilməsi bir yana qalsın, milyonlarla insanı gecə-gündüz demədən, bu soyuq hava şəraitində istiliksiz, işıqsız və susuz qoymaq mənəvi iyrənclikdir. Və Putin mənasız hücumlarına nə qədər davam etsə, qlobal iqtisadi böhran bir o qədər uzun sürəcək", - Conson deyir.
Həmçinin, keçmiş baş nazir gecikmənin nəticələri ilə bağlı ciddi təmkinlilik təhlükəsini qeyd edir.
"Əgər Rusiya qazına arxalanan ölkələr bu qışdan sağ çıxsalar, növbəti qış mavi yanacaq ehtiyatlarının tükəndiyi vaxt ciddi çətinliklər yarada bilər və onların doldurulması problemli olacaq. Həqiqətənmi, biz gözləyəcəyik ki, Putin öz təsirini bərpa edənə qədər hər şey öz axarı ilə getsin?",- deyə Conson sual edir.
O vurğulayıb ki, Qərb indi Ukraynaya öz məqsədlərinə çatmaqda kömək etmək üçün ona əlavə hərbi yardım haqqında düşünməyə başlamalıdır, ya da ən azı fevralın 24-dən sonra ələ keçirilən ərazilərdən rus işğalçılarını çıxarmalıdır. Onun sözlərinə görə, Rusiyanın təcavüzü nə qədər uzun sürsə, Ukraynanın tərəfdaşları Kiyevin hərbi dəstəyi üçün bir o qədər çox maliyyə vəsaiti xərcləməli olacaqlar.
“Odur ki, yükü paylaşaq və sonunu tezləşdirək. Birincisi, ukraynalılara hava hücumlarına qarşı lazım olan yardımı verək. Kiyevə pilotsuz uçan aparatların və raket buraxılış məntəqələrinin yerini müəyyən etmək üçün dronlara, eləcə də onları məhv etmək üçün zenit raketlərinə ehtiyac var. İran pilotsuz təyyarələri "Vespa" skuterləri ilə eyni mühərriklərə malikdir, ona görə də onları vurmaq üçün təyyarələrin sürətli olması lazım deyil. Bir çox ölkədə bu vəzifənin öhdəsindən gələ biləcək təyyarələr var”, - Conson yazır.
Conson həmçinin "ATACMS" kimi daha uzun məsafəli sistemlərin Ukraynaya təqdim edilməsinə çağırıb. "Bu, Ukrayna Silahlı Qüvvələrinə rusların pilotsuz təyyarələr və raketlər buraxdığı mövqeləri məhv etməyə imkan verəcək. Həmçinin, Ukraynaya mövqeləri tez bir zamanda geri qaytarmaq üçün zirehli texnika, o cümlədən tanklar verilməlidir. Ukraynaya tədarükün artırılmasının eskalasiya ilə dolu olduğuna dair yorucu əks arqumentləri bilirəm. Təbii ki, demək olar ki, bir il davam edən bu dəhşətli münaqişədən sonra bunun tam cəfəngiyyat olduğunu görə bilərik”, - deyə Conson bildirib.
Britaniyalı siyasətçi onu da qeyd edib ki, Putin nüvə və ya digər kütləvi qırğın silahlarından istifadənin nəticələrini bilir və buna görə də onlardan istifadə edə bilməz: “Həqiqət budur ki, eskalasiyadan qorxan yeganə şəxsdir, onu işğala “təhrik edən” NATO təhlükəsi deyildi. Qərbin onilliklər boyu davam edən ətaləti və Ukrayna ilə bağlı tərəddüdləri zorbanı səhv etməyə sövq etdi. Qərb fevral ayından bəri heyrətamiz uyğunluq və birlik nümayişi ilə bu uğursuzluğun əvəzini verdi. Biz daha güclü və cəsarətli olmalıyıq. Bu iş yalnız bir şəkildə gedir. Gəlin cəsarətli ukraynalılara işin öhdəsindən gəlməyə kömək edək və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə Boris Conson yekunlaşdırıb.
Tarix: 11-12-2022, 13:01