Adil Kərimliyə yüksək vəzifə verildi - SƏRƏNCAM


 
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.
 
Siam.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.
 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tarix: 22-12-2022, 14:12
Xəbəri paylaş





Xəbər lenti