ABŞ konqresmenləri Kiyevə yardım paketi ilə 2023-cü il büdcə layihəsini təsdiqləyiblər
ABŞ Konqresi
ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca cümə günü ölkənin 2023-cü maliyyə ili üçün (30 sentyabrda başa çatacaq) büdcə layihəsini Kiyevə yardım üçün 44,9 milyard dolların ayrılmasını nəzərdə tutan təxminən 1,7 trilyon dollarlıq büdcə layihəsini təsdiqləyib.
"Report" xəbər verir ki, iclas C-SPAN telekanalı tərəfindən yayımlanır.
Səsvermə davam edir, lakin sənəd artıq təsdiq üçün kifayət qədər səs toplayıb.
Tarix: 24-12-2022, 09:04