“Hakimiyyətin Putin sistemi göz qabağında dağılır” - Piontkovski


Rusiyalı diktator Vladimir Putinin hakimiyyət sistemi göz qabağında dağılır - «Vaqner» özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojinin böyük ambisiyaları var və Ramzan Kadırov özünü xeyli əhəmiyyətli aparır, nəinki kiçik dəstənin komandiri kimi.
Bu fikri publisist və politoloq Andrey Piontkovski UNİAN-a müsahibəsində bölüşüb, o, Priqojinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciətini şərh edib. Onun sözlərinə görə, məhz Putin sisteminin dağılması Qərbi qətiyyətli fəaliyyətdən çəkindirir.
Piontkovski hesab edir ki, Rusiyada yaradılmış özəl ordular Ukraynada qələbəyə yox, Rusiya Federasiyasının özündə gözlənilən vətəndaş müharibəsinə oriyentasiya olunub.
«Siz fikir vermisinizmi ki, bu, Priqojindən Zelenskiyə və Ukrayna ordusuna ilk müraciət deyil. Kreml təbliğatçlarından fərqli olaraq, o, ümumiyyətlə, bunu hörmətlə edir. Bu dəfə o, «kloun» deməyib - onlar necə ki, Zelenskini məhz belə sevmirlər. Priqojin - hərbi canidir və cinayətkardır. Ancaq o, böyük hesabla, elə edir ki, Putin tərəfdən yaxşı görünsün. Bu, bir daha göstərir ki, bütün bu özəl ordular (Priqojn və Kadırovun, Roqozinin orduları) Ukraynada qələbəyə oriyentasiya olunmayıb, çünki bu, mümkün deyil. Onlar Putinyönlü Rusiyada böyük vətəndaş müharibəsi üçün yaradılır. Priqojinin nəhayətsiz ambisiyaları var. Kadırov özünü xeyli əhəmiyyətli aparır, nəinki kiçik dəstə komandiri kimi. Bu, onu göstərir ki, hakimiyyətin Putin sistemi açıqca dağılır. Təəssüf ki, bu da Qərbi qətiyyətli fəaliyyətdən çəkindirən elementlərdən biridir» - Piontkovski deyib.
Tarix: 27-12-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti