Fikrət Məmmədovun yerinə hansı nazir gətiriləcək?
Azərbaycanda uzun illər vəzifədə qalan şəxslərin sıradan çıxarılması prosesi gələn il də davam edəcək. Hakimiyyətin əsas simalarından biri olan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yola salınmasından sonra növbəti “vurulacaq” şəxsin kimliyi də müəyyən olunub.
Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, bu, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovdur.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fikrət Məmmədovun yola salınması ölkədə aparılan məhkəmə-hüquq sisteminin islahatı kimi cəmiyyətə təqdim olunacaq.
Sirr deyil ki, Azərbaycan vətəndaşlarının ən ciddi şəkildə narazı qaldığı sahə məhz məhkəmə-hüquq sistemi sahəsidir.
Məlumatlı mənbəmiz Fikrət Məmmədovu əvəzləyəcək şəxsin kimliyinin də artıq müəyyən olunduğunu deyib.
Bu, ölkənin hazırkı xarici işlər naziri Ceyhun Bayramovdur.
Qeyd edək ki, Təhsil Nazirinin müavini təyinatına qədər Ceyhun Bayramov “OMNİ” hüquq şirkətinin sahibi olub.
Onun sahibi olduğu bu şirkət SOCAR-ın beynəlxalq müqavilələrinin hazırlanması və məhkəmə çəkişmələrində əsas tərəfdaşı olub.
Tarix: 29-12-2022, 17:18