"Sülhməramlılara BMT mandatı vermək üçün İrəvanla Bakı "hə" deməlidir" - Peskov
"Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına BMT mandatı, habelə beynəlxalq qüvvələrin bura cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır".AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Putin və Paşinyan Laçın dəhlizini ətraflı müzakirə ediblər" - Peskov"Beynəlxalq sülhməramlılar hər iki münaqişə tərəfinin razılığı olacağı təqdirdə bölgəyə cəlb oluna bilərlər. Və bu razılıq təkcə Ermənistan deyil, həm də Azərbaycandan da olmalıdır", - Peskov vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, bölgəyə beynəlxalq sülhməramlılar gələ bilər. O, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamaq, sülhməramlı kontingent üçün BMT mandatı almaq lazımdır. Yaxud da Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun missiyaları ilə əvəzlənməsi ideyası müəyyən suallar doğurur.
Tarix: 29-12-2022, 21:30