TƏCAVÜZ TƏCAVÜZƏ BƏNZƏR... – Ermənistan bədniyyət jest nümayiş etdirir



Rusiyanın Ukraynadakı müharibəsi fonunda Ermənistan işğalçı ilə aktiv əməkdaşlıq edir, paralel olaraq özünü elə göstərir ki, özü Azərbaycan tərəfinin təcavüzünün qurbanıdır.

Demokratik dünyanın böyük hissəsinin Rusiya Federasiyasının (RF) Ukraynaya təcavüzünü pislədiyi bir vaxtda Ermənistan hakimiyyəti iqtisadi, siyasi və hərbi sahələrdə rusiyalı işğalçılarla uğurlu müttəfiqliyi barədə hesabatlar verir.
Noyabrın 23-də bütün dünya rusiyalıların növbəti hücumundan titrəyib - Zaporojye vilayətinin Volyansk məntəqəsində evə düşən raket zərbəsi nəticəsində yeni doğulmuş körpə, Vışqorodda (Kiyev vilayəti) isə yeddi nəfər həlak olub. Elə həmin gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Prezidenti Putini qəbul edib və işğalçı ilə sədaqətli dostluğa, müttəfiqlik, strateji həmkarlıq münasibətlərinə and içib.
Baxmayaraq ki, Paşinyan tərəfindən Qərbə yönəlik yeni münasibətlərin formalaşdırılması görüntüsü yaradılır, erməni Baş nazir təkrarlamaqdan yorulmur ki, Rusiya onun yaxın müttəfiqdir. Palamentin vitse-spikeri Arşakyan da onunla «xor oxuyur»: «Prinsipial beynəlxalq məsələlərdə bizim ölkələrimizin mövqeyi yaxındır və ya üst-üstə düşür».
Oriyentirləri yoxlamaq və Kreml dairəsinin xoşuna gəlmək üçün Ukraynada müharibənin əvvəlindən bəri Paşinyan 4 dəfə RF-a səfər edib, 5 dəfə Kreml diktatoru ilə görüşüb və 15 dəfə onunla telefonla əlaqə saxlayıb. Demokratik Ukraynaya qarşı təcavüzün fonunda RF və Ermənistan arasında hərbi həmkarlıq dərinləşir. Bir neçə dəfə Moskvaya Ermənistanın Müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi və Baş Qərargah rəisi səfər edir.
Payızın əvvəlində birgə hərbi təlim keçirilib, dekbrın 9-da isə 2023-cü il üçün hərbi əməkdaşlıq sazişi imzalanıb. Deməli, beynəlxalq hüququn pozulmasına görə bütün iddialara Ermənistan hakimiyyəti «Rusiyaya hücum kimi» baxmağı təklif edir.
Ermənistanın belə sıx hərbi əməkdaşlığının məhsulları böyük hesabla, onun üçün istifadə olunur ki, Azərbaycan ərazisində separatizmi möhkəmləndirsin. Hamısı ona görədir ki, separatçı anklavın «xarici işəl nazirinin» fikrincə, Rusiya və Ermənistanın «ümumi geopolitik cəbhəsi» var. Deməli, qonşu dövlətlərin sərhədlərində hərbi pladstarmların yaradılması və saxlanması Kremlin məqsədidir. Belə «geopolitikanın» parlaq təcəssümü kimi təkcə Qarabağı yox, həm də Ukraynadakı psevdorespublikaların tanınmasını göstərmək olar.
Qarabağdakı separatçı anklavın rəhbərliyi Rusiyanın Ukraynya qarşı təcavüzünü aktiv şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir, həm də sözdə yox.
Qarabağdakı erməni anklavın «hakimiyyəti» artıq Ukraynada yerləşmiş rusiyalı işğalçılara bir neçə ton ərzaq göndərib. Bu da beynəlxalq birlik tərəfindən bəd niyyət kimi qiymətləndirilib. Amma Kreml sahibinin xoşuna gəlmək üçün Ermənistan hər şeyə hazırdır ki, rusiyalı diktatorun mehriban rəftarını itirməsin.
Situasiyanın özəlliyi isə ondan ibarətdir ki, erməni hakimiyyəti və ölkə daxilindəki kremlyönlü separatçılar özlərini elə göstərirlər və bütün dünyanı inandırmağa çalışırlar ki, Qarabağ münaqişəsinin qurbanı məhz Ermənistandır. Amma hamıya aydındır ki, hərbi münaqişələrin qurbanı Ukrayna və Azərbaycandır və onların ümumi düşməni var - Rusiya Federasiyası, onun erməni rəhbərliyi tipində tərəfdarları və Qarabağ separatçılarının rəhbərliyi.
AzPolitika.info
Tarix: 1-01-2023, 10:59
Xəbəri paylaş





Xəbər lenti