“Rusiya sülh müqaviləsinin Vaşinqtonda imzalanmasından ehtiyat edir...”


Vaşinqton görüşü sabah başa çatacaq. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirdi ki, Rusiya Bakı və İrəvan arasında danışıqların Moskvada keçiriləməsini təkif edir. Sizcə Rusiyanın bu təklifi niyə məhz Vaşinqton görüşü gedə-gedə səsləndirildi? Bu görüşün baş tutma ehtimalı varmı? Baş tutarsa əhəmiyyəti olacaqmı?
SİAM.AZ bildirir ki, politoloq İlqar Vəlizadə bu mövzu ilə bağlı Visiontv.az saytının suallarını cavablandırıb:
“Hadisələr və bəyanatlar da onu göstərir ki, Rusiya ehtiyat edir ki, tərəflər Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə sülh müqaviləsini imzalayacaqlar. 
Beləliklə də Amerika Birləşmiş Ştatları regionda öz nüfuzunu artırmış olacaqdır. Rusiyanın cəhdləri isə kölgədə qalacaq. Ona görə də Rusiya təklif edir ki, Rusiyanın iştirakı ilə daha bir görüş də keçirilsin. Məhz bu görüşdə tərəflər son razılığa gəlsinlər. Əsas istək bundan ibarətdir.
Əslində bu da onu göstərir ki, ABŞ və Rusiya arasında rəqabət var. Bu rəqabət, sülh sənədinin ərsəyə gəlməsinin yaxınlaşması ilə güclənir. Və iki tərəf çalışır ki, sülh müqaviləsi məhz onların iştirakı ilə imzalansın. Təxminən vəziyyəti belə şərh etmək olar. Əlbəttə ki, burada Rusiyanın başqa istəkləri də var. Rusiya istəyir ki, regionda öz hərbi - siyasi nüfuzunu qoruyub saxlasın.
Amma Azərbaycanın mövqeyi isə bundan ibarətdir ki, Rusiya öz mövqelərini və hərbi – siyasi gücünü qorumaq istəyirsə, bunu rus sülhməramlılarının əli ilə yox digər vasitələrlə edə bilər. Misal üçün, Zəngəzur dəhlizinin təhlükəsizlik təminatını rus sərhədçiləri üzərlərinə götürəcəklər.
Beləliklə də Rusiya hərbi – siyasi mövcudluğunu Cənubi Qafqazda saxlaya bilər. Eyni zamanda da bəzi hallarda gücləndirə də bilər. Lakin yenə də bu Azərbaycan ərazisində yox, Ermənistan ərazisində ola bilər.”
Tarix: 4-05-2023, 18:10
Xəbəri paylaş





Xəbər lenti