Kılıçdaroğlu Rusiyaya meydan oxudu: “Hakimiyyətə gələn kimi…”
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu yeni açıqlaması ilə gündəm olub. 74 yaşlı siyasətçi seçkilər barədə danışıb.
O, İngiltərənin “The Economist” nəşrinə açıqlama verib. Kılıçdaroğlu iqtidara gələcəyi təqdirdə xarici siyasətində hansı yol xəritəsini izləyəcəyindən bəhs edib: “Türkiyənin xarici siyasətindəki yol xəritəsini yenidən müəyyən edəcəyəm. Mən Rusiya ilə deyil, Qərblə əlaqələrə üstünlük verəcəyəm. Müasir dünyanın bir parçası olmaq istəyirik”. Xatırladaq ki, Kılıçdaroğlu daha öncə də Türkiyənin İsveçin NATO-ya üzv olmasına etirazını geri çəkəcəyini deyib. O, həmçinin Rusiyanın Türkiyədə ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı layihənin ləğv edəcəyini də söyləyib.