QORQUD partiyası da özünü buraxdı
1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan Qorqud Partiyası fəaliyyətinə son verib. Firudin Kərimovun sədrlik etdiyi partiya özünü buraxmaq haqqında bəyanat verib.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 19-a çatıb. Özünü buraxan partiyalar aşağıdakılardır:
1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası
11. Azərbaycan Vahid Kommunist Partiyası
12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
14. Milli Vəhdət Partiyası (MVP)
15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
17. Azərbaycan Təkamül Partiyası
18. Birlik Partiyası
19. Azərbaycan Azad Respublikaçılar Partiyası.
Tarix: 10-05-2023, 12:35