SON DƏQİQƏ: Mühərrəm İncə prezidentliyə namizədlikdən çəkilib


Türkiyənin Məmləkət Partiyasını sədri Mühərrəm İncə prezidentliyə namizədlikdən çəkilib.
SİAM.AZ xəbər verir ki, o, bu barədə qərarını mətbuat konfransında açıqlayıb.
Mühərrəm İncə partiyasının parlament seçkilərində uğurlu olacağına da inandığını deyib.
İncə “çəkilə bilməz” deyənlərə rəğmən bu qərarı aldığını bəyan edib. O, 45 gündür yaşadıqları çətinliklərə həyatı boyunca qarşılaşmadığını bildirib. İncə həmçinin, son günlərdə haqqında çıxan xəbərlərin qarşısının alınmadığı üçün də iqtidarı tənqid edib. O, seçkidə kimi dəstəkləyəcəyini isə açıqlamayıb.
Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. 
Bunlar indiki Prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Mühərrəm İncə və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğan idi. Hazırda seçkidə 3 namizəd qalıb.
Tarix: 11-05-2023, 15:16
Xəbəri paylaş





Xəbər lenti