“Azərbaycan TƏCİLİ o görüşü boykot etsin, çünki...” - Polkovnikdən CİDDİ XƏBƏRDARLIQ


“Ermənistanın sərhəddəki təxribatları Brüsseldə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlıdır. Ermənistan maksimum çalışacaq ki, bu ərəfədə daha böyük təxribatlar baş versin”.
Bu sözləri Musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, Azərbaycan indiyə qədər erməni təxribatlarına necə cavab vermişdisə, hazırda da eyni qaydada cavab verir:
“Ermənistan ona verilmiş sifarişi yerinə yetirir. Ağır silahlardan, minaatanlardan, PUA-lardan istifadə onu deməyə əsas verir”.
Ehtiyatda olan polkovnik Fransanın Qafanda hərbi baza yerləşdirəcəyi ilə bağlı erməni mətbuatının yaydığı məlumata da münasibət bildirib:
“Hərbi attaşe bütün ölkələrin səfirliklərində var. Hərbi attaşe NATO-nun baş katibidir ki, gəlib Ermənistanda Fransa üçün hansısa qlobal və dahi işlər həyata keçirsin? Deyirlər, Fransa Ermənistana öldürücü silahlar verir. Azərbaycanda o silahlardan yoxdur ki? Ona görə bu məsələyə elə də önəm vermək lazım deyil. Amma biz də öz işimizi görməliyik – silahlı qüvvələrimizi gücləndirməliyik, onun maddi-texniki bazasını yaxşılaşdırmalıyıq, əsgər və zabitlərin şəraitini daha da yaxşılaşdırmalıyıq.
Erməni mətbuatı hər gün bir dezinformasiya yayır. Fransa Ermənistanda 10 baza açsa belə, Qafandan Azərbaycan üzərinə hücuma keçəcək? Çox şeylər dəyişib, bundan sonra da dəyişəcək. Azərbaycan qardaş Türkiyə ilə, Pakistanla, İsrail və digər ölkələrlə öz hərbi-texniki işini daha da dərinləşdirməlidir. Modern silahlar alınmalıdır. Fransa və Ermənistana cavab budur. Bu gün bütün dünyanı nüvə silahı ilə təhdid edən Rusiya 1,5 ildir deyir Ukraynaya nüvə başlıqlı raket atacam. Ata bilir? Bu gün dünya ilə dünyalıq etmək olmaz.
Ermənistan Rusiyanın, Fransanın əlində maşadır. Ermənistanı hara istəyirlər yönəldirlər, oynadırlar. Onların dağıntılara məruz qalmış hərbi infrastrukturu, məhv edilən, yaralanan hərbi qulluqçuları göz qabağındadır”.
Hərbi ekspert bildirib ki, əgər Ermənistan bundan sonra da Azərbaycana qarşı hansısa bir hərəkəti davam etdirəcəksə, Azərbaycan onu heç vaxt cavabsız qoymayacaq:
“Buna hər kəs əmin olmalıdır ki, Ermənistanı və onun havadarlarını yerində otuzdurmaq üçün Azərbaycanın yetərincə imkanları var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyirdi ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi olmaz. Biz isə dedik olar və aprelin 23-də o postu qoyduq. Hərçənd, mən hesab edirəm ki, o post orada çoxdan qoyulmalı idi.
post son.jpg (214 KB)
Biz separatçıları elə bir vəziyyətə salmışıq ki, əvvəlki kimi nə gedə, nə gələ bilirlər. 2 gün əvvəl keçirdikləri mitinqdə kim var idi? Vardanyanın vaxtında avtobusları Ermənistandan doldurub hərəsinə 8 manat pul, 10-20 litr benzin verirdilər ki, gəlin Qarabağa, yemək-içməyinizi verəcəyik, göstərək ki, bu qədər əhali var. İndi onlar hardadır? Yəqin buz kimi əriyiblər. Ona görə də narahat olmağa dəyməz. Separatçılar Moskvadan təlimat alıb bu hərəkətləri edirlər. Bakının Moskvadakı paradda iştirak etməməsi, o cümlədən Şuşadakı atəşfəşanlıq, Rusiya sülhməramlılarının komandanının Bakıya səfəri və burdan əliboş qayıtması Rusiyaya tərs şillə kimi təsir göstərib. Mən çox istərdim ki, Azərbaycan mayın 19-da keçiriləcək görüşü boykot etsin. Çünki Qarabağda sülhün yaranmasında ən çox maraqsız olan dövlət Rusiyadır. Onlar Ermənistanla bir yerdə bu təxribatları həyata keçirirlər”.
Tarix: 14-05-2023, 17:33
Xəbəri paylaş





Xəbər lenti