Bayden: Türkiyənin seçkilərsiz də kifayət qədər problemləri var


Bayden: Türkiyənin seçkilərsiz də kifayət qədər problemləri varCo Bayden

ABŞ prezidenti Co Bayden bazar günü Türkiyədə davam edən səslərin sayılması fonunda seçkiləri şərh edərək, səsvermənin nəticələri ilə bağlı mübahisələr olmadan da bölgənin kifayət qədər çətinlikləri olduğunu qeyd edib.

Bizimyol.info xəbər verir ki, onun Delaverdə jurnalistlərlə söhbətinin stenoqramını Ağ Evin mətbuat xidməti yayıb.
Baydendən Türkiyə müxalifətinin "öndə gedir" və "dövlət mediasının məlumatına görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan liderdir" ifadələrini şərh etməsi istənilib.
"Tanış səslənir, elə deyilmi? Xeyr, baxın, ümid edirəm ki, kim qalib gəlsə gəlsin, böyük həcmli mübahisələr olmasın. Demək istədiyim odur ki, dünyanın bu hissəsində bu baş vermədən kifayət qədər problem var", - Bayden deyib.
Qeyd edək ki, bazar günü keçirilən prezident seçkilərindəki qutularının 99,86%-i ilə bağlı məlumatlar açıqlandıqdan sonra Ərdoğan sonra 49,34%-nin səs topladığı məlum olub. Onun əsas rəqibi Kamal Kılıçdaroğlu 44,99 faiz səs toplayır. Üçüncü namizəd - Ata siyasi alyansının nümayəndəsi Sinan Oğan 5,23% səs toplayır. Birinci turda qalib gəlmək üçün 50% üstəgəl bir səs toplamaq lazımdır, əks halda ikinci tur mayın 28-də baş tutacaq.
Tarix: 15-05-2023, 09:48
Xəbəri paylaş





Xəbər lenti