ABŞ Rusiyaya müxtəlif malların ixracını qadağan edib, 71 şirkəti "qara siyahı"ya salıb

ABŞ Rusiyaya müxtəlif malların ixracını qadağan edib, 71 şirkəti "qara siyahı"ya salıbABŞ Konqresi

Bayden administrasiyası Rusiyaya müxtəlif gündəlik tələbat mallarının ixracını qadağan edib, 71 şirkəti xarici ticarətdə “qara siyahı”ya əlavə edib.

APA xəbər verir ki, sözügedən addımın ixracı qadağan edilən məhsulların Rusiya ordusu tərəfindən istifadəsinin qarşısını almaq məqsədilə atılıb.
Məlumata görə, Rusiyaya ixracı qadağan edilmiş mallar siyahısına müxtəlif məişət və kənd təsərrüfatı təyinatlı məhsullar daxildir və ABŞ bu məhsulların Moskva tərəfindən fərqli məqsədlərlə istifadəsindən narahatdır.
“Qara siyahı”ya alınmış şirkətlərdən 69-u Rusiya, biri Ermənistan, biri isə Qırğızıstan şirkətidir. Yeni sanksiyaların Rusiyada aviasiya vasitələrinin təmiri və ehtiyat hissələri hazırlayan şirkətlərə, eləcə də barıt və traktor istehsalçılarına, avtomobil zavodlarına, gəmiqayırma müəssisələrinə və mühəndislik mərkəzlərinə tətbiq edildiyi bildirilib.
Qeyd olunub ki, bu addım ABŞ tərəfindən sanksiyaların sonuncu raundunun və ixrac nəzarəti məhdudiyyətlərinin bir hissəsidir və məqsəd Rusiyanın sənaye bazasını və onun müharibəni davam etdirmək imkanlarını zədələməkdir.
Tarix: 19-05-2023, 22:49
Xəbəri paylaş





Xəbər lenti