Türkiyə ilə bağlı ETİRAF: "Ankara böyük gücə çevrilir, biz geridə qalırıq"


 
Yunan mediası Türkiyə iqtisadiyyatını Yunanıstan iqtisadiyyatı ilə müqayisə edərək "Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?" adlı məqalə dərc edib.
Musavat.com xəbər verir ki, SLpress saytının yayımladığı məqalədə Türkiyə iqtisadiyyatının maliyyə məlumatları yer alıb və Türkiyənin iqtisadi böyüklüyünün 905 milyard, Yunanıstanın isə 223 milyard dollar olduğu qeyd edilib.
İki ölkənin iqtisadiyyatları arasındakı böyük fərqə diqqət çəkən yazıda bildirilir ki, “zaman Türkiyənin xeyrinə işləyir”.
"Türkiyə sənaye, tikinti, kənd təsərrüfatı istehsalı, turizm kimi bütün sektorlarda təsirli iqtisadi artım nümayiş etdirərək müvəffəqiyyət qazandı və böyük bir gücə çevrildi" - məqalədə qeyd olunub.
Türkiyənin dünyanın ən böyük yüngül ticari avtomobil istehsalçısı olduğu da vurğulanıb.
Məqalədə Türkiyənin bir çox sahədə addımlar atdığı diqqətə çatdırılıb və Yunanıstanın isə sadəcə tamaşaçı qaldığı şərh edilib.
Tarix: 28-05-2023, 12:18
Xəbəri paylaş





Xəbər lenti