"Rusiya Zəngəzurda konsulluq açır" - Sergey Paltov


“Rusiya Zəngəzurda konsulluğunu açacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.


“Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə konsulluq açmasına razılıq verib”, – deyə o bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.
“Təkcə erməni-rus dostluğunun qorunub saxlanmasına deyil, həm də Ermənistanın bu strateji əhəmiyyətli regionunun təhlükəsizliyinə töhfə vermək üçün ora adamların göndərilməsi qərara alınıb. Ümid edirəm ki, iyunda səfərimiz səmərəli olacaq”, – Sergey Paltov qeyd edib.
Tarix: 28-05-2023, 15:07
Xəbəri paylaş





Xəbər lenti