"Qarabağ münaqişəsinin həll masasında artıq Rusiya və Amerika qarşıdurması da yaşanmaqdadır"

"Qarabağ münaqişəsinin həll masasında artıq Rusiya və Amerika qarşıdurması da yaşanmaqdadır"

Bu gün - 1 iyun tarixində Kişinyovda Azərbaycan və Ermənistan liderlərinin Fransa Prezidenti Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi öncədən açıqlanmasa da, bu görüşün həlledici bir görüş olacağı gözlənilir.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağ münaqişəsinin həlli, sülh müqaviləsinin əldə edilməsi istiqamətində son aylara diqqət etsək görərik ki, intensiv görüşlərin sayı durmadan artır.
 “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı
“Xatırlayırsınızsa, bundan öncə Azərbaycan və Ermənistan rəhbərləri arasında Moskvada görüş keçirildi. Ondan əvvəl Brüssel görüşü olmuşdu.Ondan əvvəl Vaşingtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutmuşdu. Və artıq görünən odur ki, ümumiyyətlə Qərb dairələri, xüsusilə də Amerika və Fransa başda olmaqla - xarici güclər, Qarabağ münaqişəsinin həlli istiqamətində artıq az sayda qaldıqlarını çoxdan anlayıblar. Və bunun üçün də son zamanlar hərəkətə keçiblər. Cənubi Qafqazda söz sahibi olmaq üçün onlar Qarabağ kartından da istifadə etmək istəyirlər. Artıq o qənaətə gəliblər ki, Qarabağ münaqişəsinin həlli istiqamətində söz sahiblərindən biri olmasalar, Cənubi Qafqazda "qala bilməyəcəklər". Bu səbəbdən də, bu cür görüşlərdə aktiv olmağa çalışırlar.
Biz Qarabağ savaşında meydanda düşməni darmadağın etdik. Parlaq qələbə qazandıq. Bu diplomatik masada münaqişənin həlli ilə bağlı Qarabağ bir poliqon kimi seçilib. Bu fikirlərim təsadüfü deyil. Məsələn, görüşlərin biri Avropanın hansısa bir paytaxtında baş tutur, davamında Moskvada bir görüş təşkil olunur, onun ardınca Amerikada bir görüş təşkil olunur. Görünən odur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində artıq yəni Rusiya-Qərb qarışdurması, Rusiya-Amerika qarşıdurması da yaşanmaqdadır”-deyən şərhçi hesab edir ki, bu da sülh müqaviləsinin imzalanması prosesini uzadır.
Cavanşir Abbaslı hesab edir ki, 1 iyun tarixindəki görüşdən indiki məqamda gözləntilər çox deyil.
“Mayın 25-də Moskvada baş tutan görüş barədə də eyni fikirləri səsləndirmişdik. Dünya mediasında iyunun 1-də sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərlərin tirajlanmasına baxmayaraq, hələ sülh müqaviləsinin əldə edilməsi zamanı çatmayıb. Daha doğrusu çatıb, sadəcə müəyyən güclər buna imkan vermirlər”-deyə Cavanşir Abbaslı əlavə edib.
Tarix: 1-06-2023, 15:37
Xəbəri paylaş





Xəbər lenti