Rusların Qarabağdakı HOQQABAZLIĞI... - NƏ ZAMANA QƏDƏR?

Rusların Qarabağdakı HOQQABAZLIĞI...
May ayı ərzində Qarabağa 9 min tondan çox yük çatdırılıb.

DİA.AZ xəbər verir ki, bu barədə “Peacekeeper” “Telegram” kanalı yazır:

“Rusiya sülhməramlı kontingentinin Qarabağdakı Humanitar Mərkəzinin 2023-cü ilin may ayı üçün işinin nəticələrinə görə, 9 min ton yük daşınıb.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri “Biz birik” çoxmillətli layihəsi ilə birlikdə 11 humanitar aksiya həyata keçirib, 45 uşaq bağçasına, 23 məktəbə və 1 uşaq evinə baş çəkib. Bundan əlavə, hamilə qadınlara və Qarabağın ictimai təşkilatlarına humanitar yardım göndərilib”.

Ermənilər İkindi Dünya müharibəsində qələbənin 78-ci ildönümünə həsr olunmuş bayram şənliklərində iştirak ediblər: “Ənənəvi qələbə paradı və “Ölməz alay” aksiyası keçirilib.

“Biz birik” çoxmillətli layihəsi çərçivəsində müharibə veteranlarına yardım çatdırılıb, konsertlər təşkil olunub”.

Görünən odur ki, Rusiyanın sülhməramlı kontingenti Qarabağda erməni seperatçılarını tərksilah etmək əvəzinə, Azərbaycanın onların nəzarətindəki ərazilərində adını “humanitar” qoyduğu yardım aksiyası təşkil edir, konsertlər keçirir.


Tarix: 5-06-2023, 09:10
Xəbəri paylaş





Xəbər lenti