Kəmaləddin Heydərov generalı vəzifəsindən azad etdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.
Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.
Hikmət Abbasovun yerinə də təyinat olub.
Tarix: 6-06-2023, 22:47