Azərbaycanda məhkəmə hakimiyyətinə icra hakimiyyətinin başçılıq etməsi Məhkəmə Hüquq Şurasınasədrliyin ədliyyə nazirində olmasından elə açıq görünür ki, “bələdçiyə ehtiyac qalmır”. Mərkəzi icrahakimiyyətinin nazirinin Ali Məhkəmənin sədrinə sədrlik etməsi məhkəməni hakimiyyətsiz, hakimləriicra hakimiyyətindən asılı durumda qoyub. Ədliyyə Nazirliyinin hansısa bir məsləhətçisinin, dılğır bir icra məmurunun , intizamsız bir vəkilin sifarişi ilə məhkəmə hüquq sistemi məzhəkə hoqqabazlıq sirkinə çevrilib. Özü də çoxdan . Necə deyərlər, sistem köhnə sistemdir, bircə sədri təzədir.
İnam Kərimovun kənd təsərrüfatı naziri postundan Ali Məhkəmənin sədri kürsüsünə gətirilməsinin
başlıca amacı, fikrimizcə, məhkəmə hakimiyyətinin yerlə bir olan nüfuzunun bərpasına hesablanıb.
Hakimiyyətin üç əsas qolundan birinin , bəlkə də birincisinin başçısı köhnə qaydalara , daha doğrusu,qaydasızlıqlara, qeyri- prosessual ilişgilərə son verməkdə təcrübə yiyəsidir. “Asan xidmət”in çətin tariflərinə baxmayaraq, əhalinin , insanların , ən azı, süründürməçilikdən qurtulmasında böyük iş görənhörmətli dövlət məmuru bəlkə məhkəmə zülmlərinə, süründürməçiliyinə də son qoya bildi. Təsəvvür edin, savaş əlili beş ildir pensiyasının qərəzlə düzgün hesablanmamasından qaldırdığı iddiaya mahiyyətiüzrə baxılmasına nail ola bilmir. İllərlə sürən “icraat” 2-3 dəqiqəyə iddianın mümkün sayılmaması haqqında qərardadla başa çatır. Apellyasiya , kassasiya şikayətləri , hətta Konstitusiya Məhkəməsinəşikayət də sonuc vermir. “Şəki dövlətinin” adından çıxarıl(may)an iddianın mümkün sayılmaması haqqında qərardad elə “hoqqabazlıq presedenti” yaradıb ki, hətta iş üzrə tərəf olmayan qurumların dabaşlıca sübutu rolunu oynayır. Bəlkə köhnə sistemin təzə təmiz başçısı bir yalquzağın üzərinə düşən bu yekəlikdə hakimlər, vəkillər dəstəsinə qanunun aliliyini, hüququn üstünlüyünü sözdə yox, işdə anlatdı .
Vallah, birincidən, başçıdan çox şey asılıdır , niyə Məhkəmə Hüquq Şurasına hakim yox, nazir, başçı
olmalıdır? Elə belə “başayaq” məhkəmə hüquq siyasətinin sonucudur ki, dövlətin adından çıxarılan
məhkəmə qərarları onlala illərdir icra olunmur, icra məmurları hakimlərə “bir köynək” yaxınlığından”
yararlanıb, özbaşınalıq edir. Aydındır ki, belə qeyri- prosessual icraçılıqdan, məsləhətçilikdən hakimlər də 3-5 manatın yiyəsi olurlar, amma yüksək hakim adını şərəfsizliklə daşımaq 3-5 manata dəyərmi?
Sistemin təzə adamının yüksək innovativ bacarığı e-məhkəmə sisteminin də neqativdən qurtarmasınagətirə bilər. Fikrimizcə, indiki elektron məhkəmə sistemi olduqca qüsurludur və gerçəkdə məhkəməyəmüraciəti əlçatan yox, əlçatmaz edir. Vətəndaş niyə özünün elektron poçtundan adi qaydada məhkəməyə müraciət etməsin? Məhkəməyə şəxsi kabinetdən müraciət edəndə nə qədər lazımsız prosedurlardan keçirsən və sonda bəlli olur ki, dəftərxana gizlədir, qəbul edilmir və s. Yenə də məhkəmətexniki işçilərin əlaltısı rolunda qalır .
Məhkəmə hüquq sistemində vicdanlı hakimlər yetərincədir, di gəl, vicdansızlar, vicdanını auksionda
satanlar daha çoxdur. Hələ ki sistemin yeganə təmiz adamı Ali Məhkəmənin təzə sədrinin özüdür.
Məhkəmə hüquq sistemində vicdansızlığa son qoymaq görəvi də onun boynundadır. Ən birinci görəv isə məhkəməyə əlçatanlığın təmin edilməsidir. E-məhkəmə sistemi hələ ki məhkəmə sisteminin özü kimi “çat verir”.
Məğrur Bədəlsoy
SİAM.AZ
Tarix: 8-06-2023, 10:31