Azərbaycanın “qara siyahı”sı: “Orada adları olanlar...” – Ermənilərdən iddia

Azərbaycanın “qara siyahı”sı: “Orada adları olanlar...”
Azərbaycan öz “qara siyahı”sında adları olan şəxsləri Laçın yolundakı sərhəd-buraxılış məntəqəsindən buraxmır.

SİAM.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Azərbaycanlıların keçid məntəqəsindən keçənləri müəyyən etdiyi barədə məlumat var. Həmin məlumata görə, Azərbaycan tərəfinin xüsusi “qara siyahı”sı var ki, bu siyahıya təkcə Ermənistanın ictimai-siyasi sektorunun nümayəndələri və yüksək rütbəli hərbçiləri deyil, həm də hüquq-mühafizə sistemində çalışan şəxslər daxildir”, - məlumatda deyilir.

“Past” bunun Xankəndidəki separatçı rejimin nümayəndələrinə də şamil olunduğunu bildirir.
Tarix: 8-06-2023, 23:44
Xəbəri paylaş





Xəbər lenti