"Təəssüf olsun ki, Türkiyədə hamı Azərbaycanı sevmir" - FAKT BUDUR!

"Təəssüf olsun ki, Türkiyədə hamı Azərbaycanı sevmir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra Azərbaycana səfər etdi, Azərbaycan prezidenti ilə təkbətək görüş keçirdi.
Müəyyən məsələlər müzakirə edildi. Bu görüşlər Türkiyədə yaşayan azərbaycanlıların da sevincinə səbəb olur. Çünki ölkələrin daha da yaxınlaşması, Türkiyədə yaşayan azərbaycanlılara yaşadıqları problemlərin azalacağına dair ümid verir. Bəli, Türkiyədə yaşayan azərbaycanlılar müxtəlif problemlərlə qarşılaşır. İşə götürmələr, mənzil kirayələməsi və s. proseslər zamanı açıq şəkildə özünü biruzə verir.

DİA.AZ-ın məlumatına görə, “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı partiyaya da müraciətlər edilir. Hazırda Türkiyədə işləyən, təhsil alan vətəndaşlarımızın bir çox problemləri var.

“Türkiyədə son zamanlar suriyalıların çoxalması, Rusiya Ukrayna müharibəsi və s. azərbaycanlılara da toxunur. Ölkədə Türkiyə düşmənlərinin də sayı artıb. Bunun da təsirləri var. Eyni zamanda burada obyektiv, subyektiv səbəblər var. Türkiyə böyük dövlətdir. Amma təəssüf olsun ki, orada hamı Azərbaycanı sevmir. PKK tərəfdaşları, radikal mövqe, separatçı təfəkkür və s. Bu təfəkkürdə olan məmurlar azərbaycanlıların onlardan işi keşəndə onlara problem yaradırlar.

Sadə bir misal çəkək. Bizim Türkiyədə dostlarımız var. Orada bəzən taksidən istifaə edərkən bilinəndə ki, azərbaycanlıdırlar, onlara deyilir ki: “Siz rəis sevdalılarısınız”. Orada Rəcəb Tayyib Ərdoğanı kim sevmirsə, həmin şəxslər azərbaycanlılarla da münasibətlərdə fərqli davranır. Bunu da qeyd etməliyik. Amma biz hamını günahlandırmamalıyıq. Türkiyədəki azərbaycanlılara münasibətdə təkcə məmurları günahlandırmamalıyıq. Burada həmçinin Azərbaycan səfirliyinin də, Azərbaycan konsulluğunun da günahı var”- deyə poiltoloq bildirib.

Əhəd Məmmədlinin fikrincə, Türkiyədə yaşayan, təhsil alan azərbaycanlılar həm səfirliyimizin, həm konsulluqlarımızın fəaliyyətlərindən narazıdırlar.

“Hətta pandemiya dövründə belə, səfirliklərə edilən müraciətlərə müsbət cavablar verilmədiyi dövrlər olub. O problemlər də var. Bu axsaqlıqlar üst-üstə düşür. Və azərbaycanlıların problemləri yaranır”- deyə Əhəd Məmmədli əlavə edib.

Əhəd Məmmədli vurğulayıb ki, Türkiyənin prezidenti Azərbaycana növbəti dəfə səfər etdi. Müxtəlif görüşlər keçirdi. Politoloqun fikrincə, bu səfərdən sonra Azərbaycan-Türkiyə münasibətləri daha da dərinləşəcək.

“Bu səfərlərdən sonra Türkiyədəki azərbaycanlıların da problemləri və s. bu kimi məsələlərin həllini tapması yaxşı olar”,- deyə Əhəd Məmmədli əlavə edib.
Tarix: 15-06-2023, 07:35
Xəbəri paylaş





Xəbər lenti