Bundan sonra Rusiyanı NƏ GÖZLƏYİR? - ŞƏRH

Bundan sonra Rusiyanı NƏ GÖZLƏYİR?
"Rusiya cəmiyyəti və ordusu gələcək məğlubiyyətini artıq dərk edir”.

SİAM.AZ
bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Vaqner” özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojinin başladığı qiyam və bu fonda Rusiyada gedən son proseslərin Ukranya savaşına təsirlərini şərh edərkən deyib.

"Ukraynanın qələbə əzmi güclənir. Çünki ukraynalılar anlayır ki, Rusiya daxilən sarsılıb, çatlayır. Bu ölkədə Putinə inam azalmaqda davam edir.Cəmiyyət, ordu gələcək məğlubiyyəti hiss edir. Proses Ukraynanın mövqelərinin güclənməsi istiqamətində cərəyan edəcək. Yaranmış vəziyyət bu tendensiyanı daha da gücləndirəcək”, deyə Z.Əlizadə vurğulayıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, Rusiya artıq seçim qarşısındadır və köhnə siyasəti ilə müharibəni davam etdirə bilməyəcək:

"Rusiyada baş verənləri sona qədər başa düşmədim. "Vaqner”çilərin hərəkətləri nə qiyam kimi qiyam idi, nə də qiyamı yatıranların ona münasibəti adekvat idi. Amma hiss olunur ki, Rusiya artıq ciddi seçim qarşısındadır. Belə başa düşürəm ki, məsələ birbaşa olaraq Ukrayna cəbhəsində gedən proseslərə təsir edəcək, özü də qısa müddətdə. İstənilən halda, qarşıdurmanın dayanması həm Rusiya, həm də Ukraynanın xeyrinədir”.

Qeyd edək ki, artıq ikincü gündür Rusiya daxilində gərgin situasiya yaranıb. Hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin Kremlə qarşı qiyan qaldıraraq, Rostovu ələ keçirir. Lakin Belarus Prezidenti Aleksandr Lukaçenkonun Priqojinlə danışığından sonra nədənsə ikincisi geri çəkilərək, hərbi dəstələrinin kazarmaya qayıdacağını bəyan edib.
 
Tarix: 25-06-2023, 13:32
Xəbəri paylaş





Xəbər lenti