Blinken kimə və nəyə işarə edirdi? - İNCƏLƏMƏ

Blinken kimə və nəyə işarə edirdi?
Blinken Priqojin qiyamı ilə bağlı bildirib ki, “film hələ də davam edir və hələki son pərdəni görməmişik”.

Bu, Vaşinqtonun Rusiya ətrafında qeyri-müəyyənlik yaratmaq üçün təbliğat xarakterli tezisi də ola bilər, lakin ABŞ kəşfiyyatının məlumatlılığı fonunda bunu “Putinin hakimiyyətinə qarşı qiyamların davam edəcəyi” mesajı olaraq da görmək olar. Bununla həm də Priqojinin tək olmadığı deyilir.

Ukrayna müharibəsi başlayandan sonra Rusiyada elita qarşıdurmasının kəskinləşdiyini gündəlik xəbər lentindən də görmək mümkün idi. Priqojinin qiyamı bu kəskinləşmənin partlaması olsa da, Putinin xaosu idarə etdiyi və narazıları təmizləmək üçün prosesi bu həddə çatdırdığı istisna edilməməlidir. Mümkündür ki, bundan sonra Kremlin diqqəti həm də daxili hesablaşmalara yönələcək. Və bu, rus sülhməramlılarının olduğu Qarabağdakı proseslər baxımından Azərbaycan üçün sərfəlidir.

Asif Nərimanlı,
SİAM.AZ
Tarix: 26-06-2023, 12:44
Xəbəri paylaş





Xəbər lenti