"AŞPA-nın anti-Azərbaycan qətnaməsinin heç bir hüquqi əsası yoxdur" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Qeyd olunan absurd tələblər Avropa İttifaqının iki ölkə arasında vasitəçiliyinə kölgə salır""Ermənistanın təkilifi ilə Avropa Şurası Parlament Assambleyasında Laçın yolu ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycandan "Laçın dəhlizi"ndə sərbəst giriş-çıxışı təmin etməyin, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyin tələb olunması, o cümlədən "Dağlıq Qarabağ"a beynəlxalq fakt araşdırıcı missiya göndərmək kimi absurd tələblər danışıqlar prosesinə zərbə vurur". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib. Politoloq hesab edir ki, AŞPA-nın belə bir qətnamə qəbul etməsi Avropa İttifaqının iki ölkə arasında vasitəçiliyinə kölgə salır: "AŞPA-nın qəbul etdiyi qətnamədən belə çıxır ki, Avropa İttifaqının vasitəçiliyilə aparılan danışıqlar, ittifaqın deyil, prezident Şarl Mişelin şəxsi təşəbbüsü baş tutur. Təbii ki, bu qətnamə danışıqlarda Ermənistanın güzəştsiz mövqe tutmasına hesablanıb. Amma Azərbaycan qalib tərəfdir və
öz ərazisində müharibə aparıb
".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan reallıqlarla barışıb, müharibənin nəticələrini qəbul edir və edəcək: "AŞPA-nın qəbul etdiyi anti-Azərbaycan qətnaməsinin reallaşması mükün deyil. Çünki qəbul olunan hər hansı qətnamə beynəlxalq hüquqa söykənməli və ədalətli olmalıdır, heç bir ölkənin daxili işinə qarışmamalıdır. AŞPA-nın qəbul etdiyi qətnamə isə qərəzli olmaqla yanaşı, heç bir araşdırma aparılmadan qəbul olunduğu üçün təşkilatın ədalətli yanaşma kodeksinə kölgə salır".
Tarix: 26-06-2023, 18:17