Arxalarında çəkindiklər ideoloji cərəyan və oturuşmuş bir struktur olmayan iki adaş siyasətçi… - ŞƏRH

Radikal müxalifətin kisəsindən gedən iki adaş siyasətçi…
Son bir ildə Azərbaycanın radikal müxalif cameəsində iki maraqlı proses baş verib. Nümunə kimi göstərəcəyim siyasi hekayələrin hər iki qəhrəmanı adaşdır. Söhbət HƏP və VİP sədrləri olan: Əli İnsanov və Əli Əliyevdən gedir. Hər iki Əli hakimiyyətə qarşı radikal mövqe sərgiləyirdi.

Fərq bundaydı ki, Əlilərdən biri 14 illik həbsdə göstərdiyi prinsipal mövqeyindən sonra, heç bir təkliflərlə razılaşmayaraq, radikal siyasi mövqe nümayiş etdirirdi. Etiraf edək ki, o, həm də Azərbaycan siyasi cevrəsində türmənin heç də hamını sındıra bilmədiyi nümunəsini ortaya qoymaqla, gənc müxalif siyasilər üçün motivasiya mayakına çevrilmişdi.

Əli İnsanov bütün bu iztrablardan sonra, azadlıqda ola-ola birdən-birə İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Yəni, nə qədər təəccüblü olsa da, türmədə ağır vəziyyətdə olarkən etmədiyini, azadlıqda olarkən etdi.

Digər siyasətçi -Əli Əliyev isə radikal mövqe sərgiləyəndən sonra türməyə düşməli oldu. Barəsində dalbadal bir neçə cinayət işi açıldı. VİP sədri Əli İnsanovdan 10 dəfədən də az müddətdə həbsdə olandan (1 il 4 ay) sonra əfv edildi. Azadlığa çıxandan qısa müddət sonra isə rəhbəri olduğu partiyanı buraxdığını bəyan etdi. Bununla yanaşı, Əli Əliyevin türmədən çıxandan sonra siyasətdən tam təcrid olması, onun siyasətlə vidalaşdığı anlamına da gələ bilər.

Bu paraleləri təsadüfən aparmadım. Bununla, Azərbaycanda daha çox səslənən: “filan siyasətçini türmə sındırdı” , teoriyasının yalnış olduğunu sübut etmək istədim. Bir daha sübut olunur ki, son illərin yetişdirdiyi radikal siyasi liderlərlərin apardığı mübarizə ideoloji əsaslara, ali dəyərlərə söykənməyib.

Onların böyük əksəriyyəti bu mübarizədə özlərinin, ailələrinin, təminatı üçün iqtidardan nəsə umduqları üçün aparıblar. Yəni hədəfləri cılız və korparativ olub. Öz təminatları üçün məqbul sayılan razılaşmanın əldə olunmasına nə zaman və harada nail ola biliblərsə, orada da kurslarından asanlıqla imtina ediblər.

Çünki arxalarında çəkindiklər ideoloji cərəyan və oturuşmuş bir struktur olmayıb. Belə olmasaydı, indiyə qədər ömrünü müxalif cameədə təmsil olunmağa həsr edən HƏP funksioneri, tanınmış stomatoloq Zəlimxan Məmmədlidən bu cür kəskin U dönüşünə bir etiraz eşidərdik.

Əminəm ki, siyasi partiyaların qeydiyyata alınması ilə bağlı yeni sərt tələblər olmasaydı, Əli Əliyev də, Etibar Məmmədov, Lalə Şövkət kimi özünü VİP lideri elan etməklə, siyasətlə vidalaşdığını bəyan edəcəydi. Mövcud reallıqlar isə onu VİP-lə birgə batırdı…

Məhəmmədəli Qəribli,

Siam.az 
Tarix: 29-06-2023, 18:46
Xəbəri paylaş





Xəbər lenti