"Qarabağdakı son toqquşmalar Vaşinqtonda sülh danışıqlarını dayandıra bilmədi..."


"Bu, Moskvaya və Azərbaycan-Ermənistan arasında sülhün yaranmasına mane olmaq üçün müxtəlif təxribatlar törətməyə çalışan digər güclərə ciddi bir mesajdır..."
 Qarabağda yeni qarşıdurmalar Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqların dayandırılmasına səbəb olmayıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel dünən danışıqların sonuncu raundundan öncə keçirdiyi brifinqdə məlumat danışıb.
 
“Biz Dağlıq Qarabağda(keçmiş- S.L.) insan itkisindən çox narahatıq və bütün həlak olanların ailələrinə başsağlığı veririk. Bu insident münaqişənin qarşısının alınmasının zəruriliyini, eləcə də davamlı sülhün vacibliyini vurğulayır”, - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
 
“Birləşmiş Ştatlar tərəflərə bu məqsədə çatmaqda kömək etmək öhdəliyi götürür. ABŞ dövlət katibi Entoni Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır”, - deyə Patel vurğulayıb.
 
Onun sözlərinə görə, Blinkenin iyunun 27-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşləri konstruktiv olub. Patel qeyd edib ki, ABŞ bu gün də əlaqələri təşkil etməyə davam edəcək. “Biz bu danışıqların davam etməsini səbirsizliklə gözləyirik”,- o, əlavə edib.
 
"Görüşlərin qrafikində heç bir dəyişiklik yoxdur, hər şey planlaşdırıldığı kimi davam edəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
 
Zəruri şərh:
 
Bu, Moskvaya və Azərbaycan-Ermənistan arasında sülhün yaranmasına mane olmaq üçün müxtəlif təxribatlar törətməyə çalışan digər güclərə ciddi bir mesajdır... Yəni bütün maneələrə rəğmən gec-tez sülhə nail olunacaq...
Tarix: 30-06-2023, 08:54
Xəbəri paylaş





Xəbər lenti