İrəvan danışıqlarda razılaşma əldə olunmayan məsələləri açıqladı - Ermənistan KİV
Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqton görüşündə ələvə müzakirə tələb edən məsələləri açıqlayıb.
SİAM.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, qurumun mətbuat katibi Ani Badalyanın sözlərinə əsasən, görüşdə bir sıra məsələlərdə razılaşma əldə edilsə də, bəzi əsas məsələlərdə tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün əlavə iş tələb edir. “Bunlar Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi, qoşunların çıxarılması, Bakı-Xankəndi dialoqu üçün beynəlxalq mexanizmlərin yaradılması məsələləridir”, - o qeyd edib.
Tərəflərin razılığa gəldiyi maddələrə gəlincə, Badalayan bu barədə açıqlama verməkdən yayınaraq, bildirib ki, hələlik bunların hansı məsələlər olduğu dəqiqləşdirilməyib.
Qeyd edək ki, Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunu olaraq açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken də görüşün uğurlu keçməsini bəyan etsə də, bəzi əsas məsələlər üzrə mövqelərin daha çox iş tələb etdiyini vurğulayıb.