“Fransızların xəyali tolerantlığı göz qabağında yox olur” - Zaxarova
“Fransızların xəyali tolerantlığı göz qabağında yox olur”.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat öz “Telegram” kanalında Fransa hüquq-mühafizə orqanlarının sülhə güclə nail olmaq barədə bəyanatına cavab yazıb.
Zaxarova əlavə edib ki, fransızların liberalizmi həyat qabiliyyətli deyil.O, həmçinin bildirib ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya, Çin və digər ölkələrə qarşı keçmiş ittihamlarına yenidən baxmağa və bütün bunları özlərinə aid etməyə borcludur.
Tarix: 3-07-2023, 13:29