Bakıda bir sıra yüksək vəzifələrə yeni TƏYİNATLAR -SİYAHI


Bakıda üç tibb mərkəzinə yeni direktorlar təyin olunub.
Bu barədə Musavat.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı ilə Sabunçu, Suraxanı və Xətai tibb mərkəzlərinə yeni direktor təyinatları həyata keçirilib. Belə ki, Nurəngiz Bəşirova Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. O, bundan əvvəl Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib. Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə isə Ələkbər Tağıyev təyin edilib. O, uzun müddət M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışıb. M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru vəzifəsinə isə Aybəniz Saniyeva təyin edilib. O, bu təyinatadək Suraxanı Tibb Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.
Eyni zamanda Saleh Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun terapiya işləri üzrə müavini, Leyla Şərifova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini, Talıb Məmmədov Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim, Eldar Əhmədov Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, Fizuli Cəfərov isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini – baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) vəzifəsinə təyin edilib.
Tarix: 3-07-2023, 22:22
Xəbəri paylaş





Xəbər lenti