Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olundu


Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
 
SİAM.AZ-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.
 
Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.
 
Dövlət Komitəsindən məlumatı təsdiqləyiblər.
 
Qeyd edək ki, E.Ramazanov bundan əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışırdı.
Tarix: 5-07-2023, 22:39
Xəbəri paylaş





Xəbər lenti