Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı tələbini rədd edib
Avropa Məhkəməsi sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib 2023-cü il 12 iyul tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib. Siam.az xəbər verir ki, bu barədə Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib. Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.