Parlamentdə 8 yer boşdur: Erkən seçkilər keçiriləcək?

bitmap-img6

"Vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəkdir".

Bunu Qaynarinfo-ya REAL Partiyasını İcra Aparatının rəhbəri Natiq Cəfərli Milli Məclisdə boş qalan yerlərə yenidən seçkilərin keçirilməsindən danışarkən deyib. 

O bildirib ki, Milli Məclisdə boş qalan deputat yerlərinə təkrar seçki keçirilməyəcək: 

"Düşünürəm ki, parlamentin vaxtının başa çatmasına iki ildən də az vaxt qalır. Belə bir qərar olsaydı, daha əvvəlki illərdə verilərdi. Payız aylarında yeni referndium keçirilsə, gələn ilin əvvəlində parlament seçkilərinin şahidi ola bilərik”. 

Qeyd edək ki, hazırda Milli Məclisdə 8 deputat yeri boşdur. Belə ki, Fəttah Heydərov (116 saylı Qəbələ seçki dairəsi) və Madər Musayev (10 saylı Binəqədi üçüncü seçki dairəsi) vəfat edib, Şahin Seyidzadə (50 saylı Abşeron-Qobustan seçki dairəsi) "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib, Eldəniz Səlimov (55 saylı Xaçmaz şəhər seçki dairəsi) həbs olunub. 

2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib: 33 saylı Xətai birinci (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan (lider namizəd Çingiz Qənizadə) seçki dairələri.

Hazırda parlamentdə 118 deputat təmsil olunur. Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. 
Tarix: 15-07-2023, 23:03
Xəbəri paylaş





Xəbər lenti