Azərbaycandan 700 milyon dollar tələb edilə bilər.Axar.az xəbər verir ki. bu barədə “Haqqin.az” Şotlandiya mətbuatına istinadən məlumat yayıb.
Bildirilib ki, AB ölkələri qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mane olan və neft və qaz şirkətlərinə hökumətlərə qarşı xüsusi məhkəmədə iddialar qaldırmağa imkan verən Enerji Xartiyası Müqaviləsindən çıxmağa hazırlaşır:
“Yada salaq ki, Azərbaycanın da daxil olduğu 50 ölkənin qoşulduğu Enerji Xartiyası Müqaviləsi (və ya “Avropa Enerji Xartiyası”) 1994-cü ildə qəbul edilib və postsovet məkanında fəaliyyət göstərən Qərb neft şirkətlərinin maraqlarını qoruyur. Bu saziş həm də sazişə qoşulmuş hər hansı dövlətin milli yurisdiksiyasından kənarda xüsusi məhkəmənin yaradılmasını nəzərdə tutur. Yəni, əgər Qərb şirkəti fəaliyyət göstərdiyi ölkənin hökumətinin enerji siyasətini bəyənmirsə, o zaman bu şirkət ona qarşı iddia qaldıra, təzminat tələb edə, hətta hökumətin siyasətinin dəyişdirilməsində israrlı ola bilər.
“İnvestisiya arbitrajı” adlanan belə məhkəmələr 1998-ci ildən fəaliyyət göstərir və neft və qaz şirkətlərinə təqribən 100 milyard dollar kompensasiya qazandırıb. Keçmiş SSRİ respublikalarında fəaliyyət göstərən neft-qaz şirkətlərinin maraqlarını müdafiə edən strukturlar həm də “gizli məhkəmələr sistemi” kimi tanınır. Onlar dəfələrlə institusional qərəzlilik, özünütənzimləmə problemləri və maraqların toqquşmasında ittiham olunublar.
Qeyd edək ki, İtaliya 2016-cı ildə Müqavilədən çıxıb və bir müddət əvvəl Fransa, İspaniya, Almaniya, Sloveniya, Polşa və Niderland da ona qoşulub.
“The Scotsman in Scotland”a görə, Enerji Xartiyası Müqaviləsi enerji şirkətlərinə işlədiyi ölkələrdən 10 trilyona (!!) qədər kompensasiya almağa imkan verə bilər.
Fakt budur ki, Avropa ölkələri iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində indi neft, qaz və kömür hasilatını məhdudlaşdırmağa və ya bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməyə çalışırlar.
Şotlandiya nəşrinin məlumatına görə, iki mədən şirkəti Hollandiya hökumətinə daş kömürün mərhələli şəkildə dayandırılması qərarına görə 1,4 milyard dollar dəyərində iddia qaldırıb.
“The Scotsman” yazır ki, neft və qaz hasilatının qarşısının alınmasına görə Azərbaycan hökumətindən 700 milyon dollardan çox təzminat da tələb olunur.
Şotlandiya qəzeti yazır: "Qaz yanacaqlarından uzaqlaşmaq üçün istənilən addım korporativ məhkəmə çəkişmələri ilə nəticələnə bilər”.
Tarix: 20-07-2023, 13:32