Ekspert Putini Ukraynaya qarşı raket terrorunu durdurmağa məcbur etməyin yolunu açıqladı...

Ekspert Putini Ukraynaya qarşı raket terrorunu durdurmağa məcbur etməyin yolunu açıqladı...
“Ukrayna Rusiya  ərazisindəki  legitim hərbi hədəfləri vurmalıdır...”
 
"Rusiya prezidenti Putin bu iki şeyi anlayanda Ukraynanı raket hücumları ilə terror etməyi dayandıracaq..."
 
Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, həmin  amilləri “FREEDOM” telekanalının efirində hərbi-siyasi ekspert Yuri Fyodorov səsləndirib. 
 
Onun fikrincə, Rusiya diktatoru anlamalıdır ki, raket terroru öz məqsədlərinə çatmır. Bundan əlavə, həmin zərbələrə cavab olaraq Rusiya ərazisinə zərbələr endirilə bilər.
 
Ekspert əmindir ki, Ukrayna Rusiya Federasiyası ərazisindəki legitim hərbi hədəfləri, məsələn, "Qrom-2" raketləri ilə vurmalıdır.
 
"Sərhəddə nəqliyyat mərkəzi olan Valyuki şəhəri var... Bütün bunlar zərbələr üçün qanuni, legitim hədəflərdir. Bu, ilk növbədə rus generallarının, daha sonra isə Putinin ağlını başlarına gətirəcək vasitə ola bilər", - deyə Fyodorov vurğulayıb.
 
Ukraynaya raket hücumlarının qısa statisitikası...
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, genişmiqyaslı işğal ili ərzində Rusiya Ukraynaya 5 minə yaxın raket atıb. Bu müddətdə ruslar Ukraynaya 3500 avia-zərbə və pilotsuz təyyarələrin köməyi ilə 1100-ə yaxın zərbə endiriblər.
 
Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bu yaxınlarda bildirib ki, işğalçılar ayda 100-ə yaxın müxtəlif tipli raketlər istehsal edə bilirlər…
 
Tarix: 26-07-2023, 09:02
Xəbəri paylaş





Xəbər lenti