Dövlət Komitəsi: Qadın hüquqları ilə bağlı QHT-lərin fəaliyyəti qənaətbəxş deyil


"Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal deyil və olanların da fəaliyyətləri o dərəcədə də keyfiyyətli deyil".
 
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova “BMT-nin Uşaq Hüquqları Komitəsinin və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda keçirilən konfransda deyib.
 
O qeyd edib ki, bəzi təşkilatlar qadın hüquqları sahəsində fəaliyyətlərin asan olduğunu düşünürlər.
 
"Lakin onların çoxunun BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərləri yoxdur. QHT-lərin qrant almaq üçün təqdim etdikləri layihələri oxuyuruq, çatışmazlıqlar var. Onlar bir sıra sənədlərdən məlumatsızdırlar" - deyə o qeyd edib./APA
Tarix: 3-10-2023, 11:53
Xəbəri paylaş





Xəbər lenti