“ABŞ administrasiyası Azərbaycana hərbi yardımın göstərilməsini dayandırmalıdır”.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin (Meriland ştatından olan demokrat) yaydığı yazılı açıqlamada bildirib.
O bunu Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə əlaqələndirib.
Qeyd edək ki, bu vəzifədə Ben Kardinin sələfi olan Robert Menendes (Nyu Cersidən olan demokrat) də analoji bəyanatlarla çıxış edib və ötən ayın sonunda partiya yoldaşları və respublikaçılarla birlikdə Senata Qarabağ ətrafındakı vəziyyətə görə Azərbaycana qarşı sanksiyaları, habelə Ermənistana yardımı ehtiva edən qanun layihəsi təqdim edib.