Şolts Makron kimi ŞƏRƏFSİZ olmadığına işarə edir... - AKTUAL
Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də prezident İlham Əliyevə zəng etməklə sanki demək istəyib ki, “Mən Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst deyiləm”.
Onun zəngi Azərbaycan dövlət başçısının İspaniyada Almaniya kansleri və Makronun iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməməsi qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib.
Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.
Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi.
Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq.