Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzaladı


İspaniyanın Qranada şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında dördtərəfli görüş keçirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində baş tutub.
Görüşdə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazisini 86,6 min km² kimi tanıyan bəyannamə imzalayıb.
Avropa liderləri Ermənistan və Azərbaycanı itkin düşənlərin taleyi ilə bağlı problemin həllində əməkdaşlığa və minalardan təmizləmə səylərini asanlaşdırmağa çağırıblar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə iştirakdan imtina edib.
Tarix: 5-10-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti